642
10:00
19 Noyabr 2020

Qanunsuz ov edən şəxs cəzalandırıldı

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Biloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini Əhəd Abbasov olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.

Dİgər xəbərlər