Bu il yol qəzalarında ölənlərin sayı AÇIQLANDI
18 noyabr 2020 12:30 (UTC +04:00)

Bu il yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib, nəticədə zərər çəkənlərin sayı 12,0 faiz azalaraq 1527 nəfər olub.

Dövlət Statistika Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş verib. 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib ki, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001

Oxşar yazılar