Azərbaycanda koronavirusdan ölənlərin sayı mini keçdi - SON STATİSTİKA
17 noyabr 2020 16:12 (UTC +04:00)

Azərbaycanda koronavirusdan ölənlərin sayı mini keçdi - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 79158 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 56894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21259 nəfərdir.

Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1536434 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar