245
16:04
17 Noyabr 2020

Putindən Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA

“Rusiya bizə dost olan iki dövlət arasında gedən hərbi əməliyyatları dayandırmağa və onları güzəştli həllə təşviq etməyə yardımçı olmaq üçün aktiv səylər göstərib”. APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika (BRİCS) ölkələri sammitində çıxışında bildirib.

“Bizim vasitəçiliyimizin nəticəsində noyabrın 9-da atəşin tam dayandırılması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gəlinib. Bütün bunlar Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda qeyd olunub. Vacib olan odur ki, qeyd olunan razılıqlara riayət olunur. Hərbi əməliyyatlar tam dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və tam formatlı nizamlanması üçün həm Azərbaycan, həm də erməni xalqlarının maraqlarına uyğun olaraq ədalətli əsaslarla şərait yaradıldı”, - Rusiya prezidenti vurğulayıb.

Dİgər xəbərlər