122
13:19
16 Noyabr 2020

Sabahkı hava ilə bağlı bu insanlara XƏBƏRDARLIQ

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-15, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 17-də Abşeron yarımadasında tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Dİgər xəbərlər