Bakıda avtomobil təmiri sexində yanğın olub.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 450 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 m² sahədə yanıb. Sexin qalan hissəsi və içərisində olan “VAZ” markalı minik avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.