“Azərbaycan humanizm göstərərək işğalçıların Kəlbəcərdən çıxması müddətini 10 gün uzatdı”.
Lent.az bildirir ki, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev rəsmi tvitter hesabında paylaşıb.
Azay Quliyev eyni zamanda qeyd edib ki, razılaşmanın icrasına məsul olanlar aşağıdakı cinayətlərin qarşısını almalıdırlar :
1) Meşələrin qırılması və yandırılması
2)Arxeoloji exsponatların oğurlanması
3) Ərazilərin minalanması.