202
16:19
15 Noyabr 2020

Erməni müxbir: Kəlbəcərdən ayrılan ermənilər yük maşınları ilə ağac daşıyırlar - VİDEO

“Kəlbəcərdən çıxan ermənilər yalnız öz evlərini yandırmaqla qalmırlar, onlar ağacları da kəsib özləri ilə Ermənistana aparırlar. Bəziləriniz üçün bu qəribə gələ bilər, amma onlar əkdikləri ağacı belə Azərbaycan tərəfinə saxlamaq istəmirlər”.

APA bildirir ki, bu məlumatlar “Sputnik Armeniya” portalında dərc edilib.

Portalın əməkdaşı kəsilən ağacların yük, hətta minik maşınlarında belə daşındığını müşahidə edib, bu mənzərəni videolentə alıb.

Bu maşınların sayının isə saysız-hesabsız olduğu vurğulanır.

Onu da qeyd edirlər ki, üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmaya görə Kəlbəcəri tərk etməli olan insanlar mikroavtobus, iri yük maşınları ilə oradan hər şeyi daşıyırlar, özləri ilə apara bilmədiklərini isə yandırılar ki, azərbaycanlılara heç nə qalmasın.

Dİgər xəbərlər