Qarabağda terror törətməyə çağıran ermənilərə cinayət işi açıldı - RƏSMİ
12 noyabr 2020 15:48 (UTC +04:00)

Qarabağda terror törətməyə çağıran ermənilərə cinayət işi açıldı - RƏSMİ

Ölkə ərazisində ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat, terror aktı və digər cinayətkar əməllərin törədilməsinə cəhdlərin qarşısının alınması, habelə bu tipli əməllərə yol vermiş şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycanın Baş Prokurorluğunda zəruri tədbirlərin görülməsi davam etdirilir.
 
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı kimi aparılmış araşdırmalarla bəzi internet resurslarında terrorçuluğa açıq çağırışların edilməsi ilə bağlı ayrı-ayrı faktlar təhlil edilib.
 
Araşdırmalarla Ermənistan vətəndaşı, işğalçı ölkənin "Demokratiya naminə Tərəfdaşlıq" Mərkəzinin sədri, habelə “Erməni dinləri” veb-saytının redaktoru Stepan Daniyelyan və erməni tarixçi, publisist, Ermənistan Milli Elmlər Akademiyası nəzdindəki “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru, İrəvan Dövlət Universitetinin müəllimi, “Prospekt" Regional və Siyasi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Ayk Demoyanın özlərinə məxsus sosial şəbəkə və digər internet səhifələrində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, insanların həlak olması, onların sağlamlığına zərərin vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və bu kimi ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar törətmək və belə hərəkətlərin törədiləcəyi hədəsi ilə müşayiət olunan terrorçuluğa açıq çağırışlar etmələri, o cümlədən eyni məzmunlu materialları yaymaları müəyyən edilib.
 
Faktla bağlı Baş prokuror Cinayət Məcəlləsinin 12.2, 214-2 (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanılaraq, istintaqın aparılmasını Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edib.
 
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar