"Neftçi"yə yeni baş məşqçi təyin olundu
11 noyabr 2020 17:53 (UTC +04:00)

"Neftçi"yə yeni baş məşqçi təyin olundu

Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klubun Müşahidə Şurasının qərarı ilə komanda Samir Abasova tapşırılıb. 42 yaşlı mütəxəssislə 2021/22 mövsümünün sonunadək – il yarımlıq müqavilə bağlanıb. Abasov bu postda yenicə istefa verən Füzuli Məmmədovu əvəzləyib.

Samir Abasov 2003/04 mövsümündə "Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt” (2015-2018) və "Zirə” (2018-2019) klublarında çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar