Azərbaycanda qadın qadını qətlə yetirdi
11 noyabr 2020 13:03 (UTC +04:00)

Azərbaycanda qadın qadını qətlə yetirdi

Noyabrın 10-da saat 11 radələrində Bərdə rayonunun Məmmədli kəndi ərazisində Qaratəpə kənd sakini Sevda Hacıyevanın ov tüfəngindən açılan atəşlə qətlə yetirilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində kənd sakini N.Mehralıyevanın törətdiyi müəyyən edilərək saxlanılıb.

Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 748
avatar

Mehman Nəbiyev

Oxşar yazılar