Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 51 810 890 nəfərə çatıb.
Lent.az "Worldometers" saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 10:00-a olan məlumata görə, koronavirusdan 1 279 550 xəstə ölüb, 36 395 976 nəfər sağalıb.
Xatırladaq ki, Azərbaycanda ümumilikdə 67 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 50 009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 516 nəfərdir.