Dünyanın keçmiş birinci tennisçisi, almaniyalı Boris Bekker villasını 85 yaşlı anası Elvira Bekker ilə birlikdə satışa çıxarıb.
O, mülkiyyət üçün 1.97 milyon avro almaq istəyir və satış zamanı lazımsız sualların olmaması üçün mümkün qədər təmkinli həyata keçirilməsini planlaşdırılırıb.
Bekkerin doğma şəhəri Laymendəki evin sahəsi 449 kvadrat metr, ərazisi 825 kvadratmetrdir.
Müqaviləyə görə, yeni alıcının qadını evdən çıxartmaq hüququ yoxdur.
Villa, keçmiş tennisçinin üç il əvvəl iflas iddiasında elan etmədiyi əmlaklardan biri hesab olunur.
İstintaq Bekkerin Londonda və Almaniyada biznes, bank hesablarında və bir neçə əmlakda pay sahibi olduğuna inanır.
Onu 7 ilə qədər həbs cəzası gözləyir. İdmançı özü günahkar olduğunu inkar edir.
Boris Bekker altıqat Böyük dəbilqə çempionudur. O, Uimbldonun ən gənc – 17 yaşında çempionu olub.