Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Bayraq Günü ilə əlaqədar aksiya keçirəcək.
İdarədən Lent.az-a verilən məlumata görə, aksiya çərçivəsində Bulvara gələn insanlara müxtəlif ölçülü bayraqlar hədiyyə olunacaq.
Aksiyanı keçirməkdə məqsəd Azərbaycanın azadlığının, suverenliyinin simvolu, xalqın qürur mənbəyi olan dövlət bayrağının təbliğ olunması, xüsusən yetişməkdə olan gənc nəslə bayrağa sevgi və hörmət hissini aşılamaqdır.
Tədbirə noyabrın 9-u saat 12:00-da Azneft Meydanı ərazisindən start veriləcək.