"Erməni diasporası, qeyri-kommersiya və xeyriyyə qurumları adı altında hərbi qüvvələrinə vəsait toplayır".
Lent.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün"Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, "Sərhədlər bizik - hamısı Arsax üçün" şüarı ilə pul toplanmasında Ermənistan Fondu, AGBU, Ontario Erməni Kanada Tibb Birliyi, Erməni Kömək Fondu, Tufenkian Vəqfi və Erməni Kömək Dərnəyi iştirak edir.