Gəncə terrorunda valideynlərini itirən 3 yaşlı Xədicə zorla nənəsindən alındı - VİDEO - YENİLƏNİB
06 noyabr 2020 12:47 (UTC +04:00)

Gəncə terrorunda valideynlərini itirən 3 yaşlı Xədicə zorla nənəsindən alındı - VİDEO - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 3 yaşlı Xədicə ilə bağlı özünün "Facebook" profilində məlumat paylaşıb.

Lent.az xəbər verir ki, komitə sədri etdiyi paylaşımda məsələnin Xədicənin mənafeyinə uyğun həll ediləcəyini bildirib:

"Əziz dostlar, hörmətli izləyicilər!

Ermənistan terrorçu dəstələrinin Gəncəyə xain raket hücumu nəticəsində hər iki valideynini itirmiş balaca Xədicəmizin hər iki tərəfdən yaxın ailə üzvlərindən hansının himayəsində qalması ilə bağlı məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti yerli qurumların nümayəndələri tərəfindən nəzarətə götürülüb. Hər birimiz məsələnin mövcud qanunvericiliyə uyğun olaraq yalnız Xədicənin mənafeyinə uyğun həll olunmasına calışırıq.

Mətbuatda və sosial şəbəkələrdə yayılmış video ilə bağlı hər kəsin narahatlığını anlayışla qarşılamaqla yanaşı, belə həssas məsələdə bir az da səbrli və təmkinli olmağı tövsiyyə edərdim.

Həyəcan və təşviş yaradan məlumatları yaymazdan əvvəl müvafiq orqanlarla əlaqə saxlamaq və məlumatlandırmaq daha effektli təsir göstərə bilər.

Bununla belə hər birinizə laqeyd qalmadığınıza, balaca Xədicəmiz ücün calışdığınıza və bizə də yardımcı olduğunuza görə təşəkkür edirəm!".

***

Saat: 12:24

Gəncədə erməni terroru zamanı hər iki valideynini və bacısını itirən 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı nənəsindən alınarkən ağladığı video sosial şəbəkədə paylaşılıb.

Lent.az xəbər verir ki, həmin videonu özünün “Facebook” hesabında payalaşan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib:

“Gecədən yüzlərlə insan məni işarələyib, mesaj yazıb, sabahdan telefon susmur. Hamı da eyni sözü deyir: "Xədicəni xilas edin!!!"

Bu Xədicədir. Gəncə bombardmanı zaman ailəsini itirən Xədicə. Onun bağrını çatladan da əmisidir. Hansı ki, Xədicəni qəyyumluğa götürür. Bu körpə aldığı travmadan hələ özünə gəlməyib...

Videonu kim çəkib bilmirəm, amma uşaqla belə davranışa heç bir halda yol verilə bilməz!!! Uşaq dövlətin nəzarətindədirsə, deməli bunu edənlər də dövlətə qarşı çaxanlardır!!!. Videonu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərmişəm”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub.
“Bildiririk ki, noyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə baş çəkiblər. 3 yaşlı Ş.Xədicə Samux rayonu, Seyyidlər kəndində ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir.

Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki, azyaşlını komitə nəzarətə götürüb, qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1583

Oxşar yazılar