110
10:11
06 Noyabr 2020

Fransada koronavirusa yoluxma sayında YENİ REKORD

Fransada son sutka ərzində koronavirusa yoluxma sayı rekord həddə çatıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ötən 24 saat ərzində bu ölkədə 58 min 46 nəfər koronavirusa yoluxub. Fransanın səhiyyə nazirliyinin verdiyi məlumata görə bununla da ümumi yoluxma sayı 1 milyon 601 min 367-ə çatıb.

Nazirlik son sutka ərzində 367 nəfərin virusdan öldüyünü və ümumi ölüm sayının 39 min 37-ə çatdığını da bildirib. Ölkədə 2 936 nəfər süni nəfəs aparatına qoşulub, 19 248 nəfər xəstəxanalarda virusdan müalicə alır.

Dİgər xəbərlər