100
14:51
05 Noyabr 2020

Hikmət Hacıyev ermənilərin "TRT" kanalını hədəfə almasını pislədi

""TRT" hər zaman Ermənistanın mülki Azərbaycan əhalisini hədəfə almasını işıqlandırıb".

Lent.az xəbər verir ki, busözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" hesabında bildirib. O, paylaşımında ermənilərin Türkiyənin məşhur telekanalını hədəfə almasını pisləyib:

"Ermənistan propaqandasının "TRT" kanalını hədəfə alması onu göstərir ki, "TRT" və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır. "TRT" hər zaman Ermənistanın mülki Azərbaycan əhalisini hədəfə almasını işıqlandırıb".

Dİgər xəbərlər