34
18:59
04 Noyabr 2020

Azərbaycanda cinayət törədən uşaqların SAYI

2019-cu ildə cinayət törədən 14-17 yaşlı uşaqların sayında əvvəlki illərlə müqayisədə azalma var.

Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il cinayət törədən 14-17 yaşlı uşaqların sayı 387 nəfər olub. 2018-ci ildə bu göstərici 471, 2000-ci ildə isə 573 nəfər olub.

Cinayət törədən uşaqların 378-i oğlanlar, 9-u isə qızlar olub.

2018-ci ildə cinayət törətmiş yeniyetmə qızların sayı 11 olub.

Dİgər xəbərlər