114
15:43
04 Noyabr 2020

Ankarada Gəncə və Bərdə terrorunun qurbanları yad edildi

Ankara Musiqi və İncəsənət Universitetində Gəncə və Bərdə şəhərlərində törədilən terror aktları qurbanlarının xatirəsinə həsr edilən anım konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, “Bir millət, iki dövlət, tək ürək!” devizi ilə keçirilən tədbirdə azərbaycanlı ziyalılar, yerli ictimaiyyətinin nümayəndələri, Ankara Musiqi və İncəsənət Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın xalq artisti Azərin, Azərbaycan Respublikasının əməkdar artisti Toğrul Qəniyev və digər azərbaycanlı və türkiyəli sənətçilər çıxış ediblər.

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, professor Erol Parlak çıxış edərək iki ölkə arasındakı əzəli dostluq, qardaşlıq münasibətlərindən söz açıblar. Mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalarla Bərdə rayonunun dinc əhalisinin hədəfə alınmasının müharibə cinayəti olduğu vurğulanıb. Tədbir boyunca rəssamlar tərəfindən kətan üzərinə yağlı boya ilə çəkilən Azərbaycan və Türkiyə bayraqları nümayiş olunub, Ankara Musiqi və İncəsənət Universitetinin əsas binasının üzərində hər iki dövlətin bayraqları asılıb.

Dİgər xəbərlər