Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ xalça xəritəsi”ni hazırlayıb.
Lent.az məlumat verir ki, muzey bu barədə "Facebook" hesabında paylaşım edib. Bildirilib ki, Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri olub:
"Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib.
Şanlı ordumuz torpaqlarımızı azad edərək Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar.
İndi isə Azərbaycanın “Qarabağ xalça xəritəsi”ni təqdim edirik. Xəritənin tamamlanmasını səbrsizliklə gözləyirik!".