İnsanlara təhlükə yaradan koronavirus xəstəsinə xəbərdarlıq edildi
04 noyabr 2020 11:04 (UTC +04:00)

İnsanlara təhlükə yaradan koronavirus xəstəsinə xəbərdarlıq edildi

Qubada "COVİD-19" xəstəsi qaydaları pozaraq, evini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Zərdabi qəsəbə sakini Cabir Yarəhmədov "COVID-19" infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edərək, digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Cabir Yarəhmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar