50
13:13
03 Noyabr 2020

Füzuli ziyalılarından Ali Baş Komandana müraciət: "Biz hər zaman Sizinləyik!"

Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqlarının azad edilməsi, işğal altında qalan digər ərazilərin də erməni tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatlarına davam edilməsi münasibəti ilə minnətdarlıq hisslərini ölkə rəhbərinə çatdırmaq üçün bir qrup Füzuli ziyalısı rayon ictimaiyyəti adından ölkə Prezidentinə müraciət ünvanlayıb.

Lent.az məlumat verir ki, müraciətdə deyilir:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan!

İşğal altında olan torpaqlarımızın kəndlərimizin, şəhərlərimizin bir birinin ardınca azad olunması üçün nümayiş etdirdiyiniz möhkəm iradə və qətiyyətinizlə qürur duyur, fəxr edirik! Bu gün xalqımızın illər ərzində davam edən iztirabına son qoyulur, torpaqlarımız işğaldan azad edilir. Uzun illərin həsrətindən sonra gözlərdə sevinc göz yaşları, ürəklərdə qələbə şövqü yaşatdığınız üçün Füzuli rayon ziyalıları adından Sizə minnətdarıq cənab Prezident!

Sizin ümumxalq çağırışınız, müdrikliyiniz, sərkərdəlik qabiliyyətiniz sayəsində ölkəmizdə uşaqdan böyüyə hər kəs Vətən Müharibəsinə müsəlləh əsgər kimi səfərbər olundu. Heç bir kənar qüvvə Sizin xalqla birgə vəhdətinizə təsir göstərə bilmədi. Bilirik ki, torpaqlarımızın azadlığı qansız qadasız, itkilərsiz mümkün deyildir. Torpaq, uğrunda ölən varsa vətəndir. Sizin qələbə xəbərləriniz hər bir evdə, hər bir eşikdə müjdə oldu, insanlarımızın ümid yeri, xalqımızın hər bir nümayəndəsi üçün təsəlli oldu. Uzun müddət doğma yurdundan yuvasından didərgin düşmüş insanlar üçün qələbə xəbərindən gözəl nə ola bilərdi. Biz tarixi bir dövrü yaşayırıq. Elə bir tarixi dövrü ki, tarixi ədalət bərpa edilir. Gələcək nəsillərimiz Sizin ali komandanlığınızla torpaqlarımızın işğal altından azad olunması üçün aparılan Vətən Müharibəsini, millətimizin qürur yeri, şərəf məsələsi, kitablarımızın istinad, gənclərimizin öyünc yeri kimi daim xatırlayacaq.

Cənab Ali Baş Komandan, hörmətli Prezident!

Vətənimizin hər bir guşəsi bizimçün əzizdir, doğmadır. Amma insanın doğulduğu yurd-yuvanın, ocağın, elin, obanın fərqli bir anlamı var. Həmin yerlərdə yaşanan xoş xatirələr, dədə-babalarımızın ruhu yuxu kimi heç zaman bizi rahat buraxmadı. Bu nisgili, bu qürbəti, bu kədəri götürdünüz üzərimizdən, cənab Prezident.

Sizin adınız, Sizin surətiniz işğaldan azad olunmuş bütün torpaqlarımızda Ərgünəş dağı, Məngəlanata kimi zirvələrdə heykəlləşəcək. Bu günləri, bu tarixi dövrü bizə yaşatdığınız üçün Sizə minnətdarıq! Biz hər zaman Sizinləyik ! Sizin qələbələriniz dönməzdir, dönülməzdir! Allah Sizi və ailənizi qorusun ! Allah Ordumuzu və xalqımızı qorusun! Allah Sizə yar olsun!.

***
Var olsun Azərbaycan! Var olsun Qarabağ!

QARABAĞ AZƏRBAYCANDIR!

Füzuli rayon əhalisi və ziyalıları adından:

1. Akademik Hətəm Quliyev

2. AMEA m. üzvü, professor Arif Quliyev

3. AMEA m. üzvü, professor Akif Musayev

4. AMEA m. üzvü, professor Əli Nuriyev

5. Yazıçı Seyran Səxavət

6. Şair Vaqif Bəhmənli

7. Şair Çingiz Əlioğlu

8. Şair Cavad Zeynal

9. Nəbi Muxtarov

10. Aslan Mehtiyev

11. BAMF-ın prezidenti Umud Mirzəyev

12. Professor Məmməd Məmmədov

13. Professor Qalib Qarayev

14. Professor Təbriz Əliyev

15. Professor Şəfa Əliyev

16. Professor Qabil Əliyev

17. Professor Tofiq Nəcəfli

18. Professor Anar Abbasov

19. Dosent Hidayət Həsənov

20. Dosent Əlövsət Qaraca Əliyev

21. Dosent Təbriz Şamıyev

22. Dosent Rizvan Qarabağlı

23. Dosent Güntəkin Quliyeva

24. Dosent Rafiq Yusifli

25. Dosent Məhəbbət Nəcəfov

26. BAMF-ın vitse-prezidenti Ramil Əzizov və onlarla başqaları..."

Dİgər xəbərlər