Erməni təxribatı nəticəsində 461 mülki obyekt və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb - RƏSMİ
03 noyabr 2020 11:56 (UTC +04:00)

Erməni təxribatı nəticəsində 461 mülki obyekt və 2488 yaşayış evi yararsız vəziyyətə düşüb - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar