94
12:30
02 Noyabr 2020

Qvardiola çempionatın dayandırılmasını istəyir

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola koronavirusa yoluxma sayının kəskin artması səbəbindən İngiltərədə karantin qaydalarının sərtləşməsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis bunun futbola da ciddi təsir göstərəcəyini söyləyib.

Qvardiola ölkədə küçəyə çıxma qadağasının tətbiq edilməsinin fonunda Premyer Liqanın davam etdirilməsi qərarını dəstəkləmir: “Çətin dönəmdən keçirik. Vəziyyət daha da pisləşdiyi üçün baş nazir bu qərarı qəbul edib. Digər sahələrdə qadağalar tətbiq edilirsə, futbol dünyası istisna ola bilməz. Oynamaq məcburiyyətindəyiksə, başqa yolumuz yoxdur. Ancaq cəmiyyətdən fərqli olmaq istəmirik. Çempionat dayandırılmalıdırsa, bunu etmək lazımdır”.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 7 turdan sonra 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Dİgər xəbərlər