112
07:14
02 Noyabr 2020

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda “Toyota” və “Mercedes ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qarayev Ehtiram Nəsib oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Dİgər xəbərlər