“Johnson & Johnson”un erməniləri dəstəkləməsinə CİDDİ ETİRAZ
01 noyabr 2020 15:24 (UTC +04:00)

“Johnson & Johnson”un erməniləri dəstəkləməsinə CİDDİ ETİRAZ

“İnformasiya savaşı zamanı xarici şirkətlərin iç üzünü görürük”.

Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məşhur “Johnson & Johnson” şirkətinin ermənilərə dəstək verməsi ilə bağlı Lent.az-a danışarkən deyib.

Daha çox uşaqlar üçün məhsul istehsal edən "Johnson & Johnson”un son əməlinə etiraz edən Birlik sədri qeyd edib ki, beynəlxalq şirkətlərin ermənilərə dəstək verməsi düşmən ölkənin xaricdəki lobbisinin fəaliyyəti ilə əlaqədardır:

“Ümumiyyətlə, beynəlxalq şirkətlər bu illər ərzində ölkəmizdə ermənilərin terror hədəfinə məruz qalan uşaqlar və qadınlarla bağlı dəstəyi daim düşmənə veriblər. Bu da erməni lobbisinin fəaliyyətindən irəli gəlir. Artıq biz bu müharibə dövründə informasiya savaşı zamanı xarici şirkətlərin iç üzlərini görürük. İllərdir biz onların məhsullarından istifadə edirik. Amma kim onların fəaliyyətini araşdıra bilmişdi?! Bundan öncə də, McDonalds şirkəti erməni terroruna qarşı paylaşım edib, daha sonra onu sildi ki, bizim məqsədimiz yalnız insanlara xidmət etməkdir. Nəticədə onların çoxsaylı işçisi birlik göstərib işdən imtina etdilər. Sadəcə olaraq, biz bu şirkətlərin iç üzünü vaxtında aşkarlasaydıq, içimizdəki düşmənləri də tez bir zamanda görə bilərdik”.

Qeyd edək ki, Mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib. Bununla da şirkət separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub. 1886-cı ildə qurulan “Johnson & Johnson” korporasiyası Azərbaycanda da müxtəlif növ gigiyena və sağlamlıq üçün dərman preparatları, həmçinin, məhsullarının satışını həyata keçirir.

# 1558
avatar

Mehman Nəbiyev

Oxşar yazılar