41
04:43
01 Noyabr 2020

İstanbulda Azərbaycana dəstək verən aksiyaçılara Qarabağdan bəhs edən kitab paylanıb - FOTO

Oktyabrın 31-də İstanbulda Azərbaycana və işğalda olan Dağlıq Qarabağa dəstək məqsədli aksiya keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, İstanbulda yaşayan azərbaycanlıların, şərqi türkistanlılar, İraq və Suriya türkmənlərinin də qatıldığı aksiyada Azərbaycanda məsum insanları hədəfə alan Ermənistan hakimiyyətinə etiraz səsləri ucaldılıb.

İstanbul Azərbaycan Kültür Evinin başçısı Hikmet Elp tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Qarabağı işğaldan tam azad edənə qədər mübarizəsini davam etdirəcək. Şərqi Türkistan Sürgün Hökuməti dərnək üzvləriniin fikirlərini ifadə edən millət vəkili Yusuf Yusufoğlu Şərqi Türküstan türklərinin də Azərabaycana dəstək verdiyini bildirib.

Tədbirin sonunda aksiyaçılara İstanbulda fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatının Qarabağ mövzundan bəhs edən “Mezar Taşı” kitabı paylanıb.

Dİgər xəbərlər