Türkiyəli nazir və ailəsi koronavirusa yoluxub
31 oktyabr 2020 18:14 (UTC +04:00)

Türkiyəli nazir və ailəsi koronavirusa yoluxub

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə nazir “Twitter”də bildirib.

O, özü ilə bərabər həyat yoldaşı və qızının da COVID-19 testinin pozitiv çıxdığını qeyd edib.

Nazir özünün və ailə üzvlərinin səhhətlərinin normal olduğunu və həkimlərin tövsiyəsi ilə müalicələrini xəstəxana şəraitində davam etdirdiklərini vurğulayıb.

# 757
avatar

Oxşar yazılar