Pediatriya İnstitutuna yeni direktor təyin olundu
30 oktyabr 2020 15:34 (UTC +04:00)

Pediatriya İnstitutuna yeni direktor təyin olundu

Allahverdi Aydın oğlu Musayev- TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor vəzifəsinə təyin edilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, Allahverdi Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikası İzmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili alıb. Tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyəsi, Mərkəzi Nefçilər xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq Cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışıb.

 

# 1204
avatar

Aygün İbrahimli

Oxşar yazılar