“Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır” - MN
29 oktyabr 2020 19:55 (UTC +04:00)

“Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır” - MN

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.

Müdafiə Nazirliyindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür.

Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir.

# 877
avatar

Oxşar yazılar