70
17:05
29 Oktyabr 2020

Ordumuz Ermənistandakı Rusiya sərhəd zastavasını atəşə tutmayıb" - MN

"Azərbaycan Ordusunun Ermənistanla sərhəd zastavanı minaatanlardan atəşə tutması ilə bağlı yayılan məlumat tamamilə dezinformasiyadır".

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır:

"Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub. Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur".

Dİgər xəbərlər