59
12:52
29 Oktyabr 2020

Prezidentin köməkçisi: “Düşmənin hərbi komandirləri bir-bir məhv edilir”

"Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”.

APA-nın yerli müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

H. Hacıyev deyib ki, torpaqlarımız işğaldan azad edilir: “Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qardaş Türkiyənin dəstəyi Azərbaycanın haqq işini gücləndirir. Hazırda eşitdiyiniz kimi, düşmən yenə artilleriyadan atəş açır, amma biz qorxmuruq, qorxmayacağıq”.

Dİgər xəbərlər