İki rayonda ferma yandı
29 oktyabr 2020 12:29 (UTC +04:00)

İki rayonda ferma yandı

İmişli və Quba rayonlarında fermada yanğın olub.

Lent.az FHN-in saytına istinadla xəbər verir ki, İmişli rayonunun Cavadxanlı kəndində ümümi sahəsi 500 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin Quba rayonunun Qamqam kəndində ümumi sahəsi 700 m² olan fermanın yanar konstruksiyaları 400 m² sahədə və içərisinə yığılan 50 ton ot bağlaması yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 658
avatar

Mehman Nəbiyev

Oxşar yazılar