60
11:28
29 Oktyabr 2020

"Ermənilər buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb" - Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Müdafiə Nazirliyindən Lent.az -a verilən məlumata əsasən, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır:

"Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinləri və mülki infrastrukturı hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".

Dİgər xəbərlər