148
14:51
28 Oktyabr 2020

"Putinin bu terrorçulara üz verəcəyinə inanmıram, amma...” - Ərdoğan

“Bizi ittiham edirlər ki, guya biz Suriyadan Qarabağa döyüşçü göndəririk. Dəqiq kəşfiyyat məlumatları əsasında müəyyənləşdirmişik ki, 2000 PKK, YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

O, bu məsələni dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırdığını qeyd edib.

“Putin mənə dedi ki, bunlardan xəbərim yoxdur. Həmin terrorçular Suriyadan gətirilir. Cənab Putinin bu terrorçulara üz verəcəyinə inanmıram, amma bunları Paşinyana deməlidir”, - Ərdoğan qeyd edib.

Dİgər xəbərlər