Bakıda evə basqın edən şəxs bir nəfəri...
28 oktyabr 2020 13:40 (UTC +04:00)

Bakıda evə basqın edən şəxs bir nəfəri...

Bakıda quldurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki fərdi yaşayış evlərindən birinə daxil olan naməlum şəxs ev sakini, 16 yaşlı Bayramov Valeh Əhməd oğlu ilə qarşılaşıb. Onlar əlbəyaxa dava ediblər. Dava zamanı V.Bayramov bıçaqlanıb. Səs-küyə V.Bayramovun valideynləri gəlib. Hadisəni törədən şəxs qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib. 

Sabunçu Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

# 622
avatar

Oxşar yazılar