106
13:33
27 Oktyabr 2020

Rusiyada koronavirusa qarşı növbəti peyvəndin istehsalı başladı

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə növbəti peyvəndin istehsalına başlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

İstehsalına başlanılan peyvəndin adı “EpiVakKorona” adlanır.

Xatırladaq ki, Rusiyada bundan əvvəl "Sputnik V" adlı peyvəndin istehsalına başlanılıb.

Dİgər xəbərlər