Rusiyada kütləvi yerlərdə tibbi maskadan istifadə məcburi oldu
27 oktyabr 2020 11:44 (UTC +04:00)

Rusiyada kütləvi yerlərdə tibbi maskadan istifadə məcburi oldu

Rusiyada kütləvi yerlərdə - ictimai nəqliyyatda, avtomobil dayanacaqlarında və liftlərdə tibbi maskadan istifadə məcburi olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı  “Rospotrebnadzor” tərəfindən müvafiq qərar yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul olunub.

“Rospotrebnadzor” əyləncə tədbirlərinin və ictimai-iaşə müəssisələrinin fəaliyyətinin saat 23:00-dan 06:00-dək dayandırılmasını da tövsiyə edib.

# 604
avatar

Oxşar yazılar