Ərzurumda Azərbaycana dəstək yürüşü - FOTOLENT
27 oktyabr 2020 11:25 (UTC +04:00)

Ərzurumda Azərbaycana dəstək yürüşü - FOTOLENT

Ərzurumda Ermənistanın hücumuna məruz qalan Azərbaycanı dəstəkləmək üçün "İki dövlət, bir ürək" şüarı ilə dostluq yürüşü keçirilib.

 

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, “Yakutiye Mədrəsəsi”nin qarşısına Gənclər Xidməti və İdman İdarəsinin təşkilatçılığı ilə toplaşan qrup, erməni qüvvələrinin hücumlarına və Azərbaycan torpaqlarının işğalına reaksiya göstərmək üçün Türkiyə və Azərbaycan bayraqları ilə “Havuzbaşı Şəhər Meydanına” qədər yürüş ediblər. 

Atatürk abidəsi qarşısında toplanan qrup, Türk İstiqlal Marşını oxuyub.

Yürüşdən sonra jurnalistlərə açıqlama verən Gənclik Xidməti və İdman İdarəsinin müdiri Fuad Taşkesenligil Azərbaycanın haqlı olduğu müharibədə dəstəkləmək üçün bir araya gəldiklərini söyləyib. Taşkesenligil, "İki dövlət, bir ürək" şüarıyla Azərbaycana dəstək yürüşü təşkil etdiklərini bildirərək deyib:

"İki ayrı dövlət, ancaq bir millət olan Türkiyə və Azərbaycan bayraqlarını dalğalandıraraq bütün dünyaya birliyimizi və həmrəyliyimizi elan etməyə gəlmişik. Ermənistan illərdir Dağlıq Qarabağdakı Azərbaycan xalqına zülm etməklə yanaşı, azərbaycanlı qardaşlarımızı da şəhid etdi. Ölkəmiz, prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycanın haqq işinə dəstək veririk".

 

 

# 700
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar