Bakıda binadan yıxılan kişi öldü
26 oktyabr 2020 10:47 (UTC +04:00)

Bakıda binadan yıxılan kişi öldü

Bakıda bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. 38 yaşlı İbrahihimov Ceyhun Allahverən oğlu rayon ərazisində yerləşən Ev Tikmə Kombinatı binasından yıxılıb. 

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.İbrahimov orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

# 862
avatar

Oxşar yazılar