Prezidentdən amerikalı jurnalistə unutmayacağı dərs
26 oktyabr 2020 10:44 (UTC +04:00)

Prezidentdən amerikalı jurnalistə unutmayacağı dərs

Azərbaycan Prezidenti İlham Əliyevin  “Fox News” telekanalına müsahibəsi ilk öncə bir həqiqəti növbəti dəfə təsdiqlədi: Ali Baş Komandan növbəti dəfə sübut etdi və əyani şəkildə göstərdi ki, sadəcə hərb meydanında deyil, eyni zamanda informasiya məkanında da millətinin və dövlətinin maraqlarını ən yüksək formada qorumağa davam edir. Prezidentin peşəkarcasına diplomatik davranışı, dərin zəkası, səlis nitqi əslində master-klass idi. 

Azərbaycan Prezidenti, necə deyərlər dünyanın min bir üzünü görmüş, nüfuzlu jurnalist Qreq Palkotu məntiqlə, əks-arqumentlərlə tərk-silah etdi. Həimin müsahibə ölkəmizin bütün fəaliyyət sferaları və ilk növbədə Qarabağ münaqişəsi ətrafındakı son vəziyyəti yüz milyonlarla insanı əhatə edən auditoriyaya çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Prezidentin hazırcavablığı və jurnalistin qəsdlə dolaşdırdığı suallara təmkinli və dəqiq cavabı Azərbaycanın dövlət və ictimai mənafelərinin klassik müdafiə və təbliği səhifələrindən biridir. Jurnalistin sualları bir çox məsələlərdə erməni auditoriyasının baxışlarına uyğun olsa da, Amerika cəmiyyətində əsil rəyi bu jurnalistin sualları yox, Azərbaycan prezidentinin cavabları yaratdı. 

Siyasi ekspert Aydın Quliyevin sözlərinə görə,  Prezident eyni vaxtda həm jurnalistin xüsusilə Qarabağ probleminə dair səhv mövqeyini korreksiya etdi, həm də bütün prinsipial məqamlar barədə Azərbaycanın siyasətini təfsilatlı şəkildə ortaya qoydu: Prezidentin tarixi əhəmiyyətli uğurlu izahlarından biri Amerika media dairələrində guya danışıqların ötən mərhələlərində Dağlıq Qarabağın müstəqilliyinin saxlanması kimi yanlış bir maddənin olduğunu qətiyyətlə təkzib etməsi və əsil həqiqəti çatdırması oldu. “Xüsusilə guya Suriyadan gətirilmiş muzdlu döyüşçülərin meyitlərinin Türkiyə vasitəsilə qaytarılaraq Suriyanın öz ərazisində dəfn olunduqları, guya Azərbaycan ordusunun Xankəndində ancaq dinc əhalini vurması, guya bu müharibəni Azərbaycanın başlaması, guya 30 ilə yaxın dövr ərzində mövcud olmuş atəşkəsin Azərbaycan tərəfindən pozulması , guya Azərbaycanın yenidən on minlərlə ermənini köçkün həyatına məhkum etməyə hazırlaşdığı barədə jurnalistin dedikləri həqiqətə qətiyyən yaxın olmayan düşüncələr kimi istənilən obyektiv və məlumatlı insanı qəzəbləndirmək tonuna malik olsa da , müxbir Azərbaycan prezidentinin şəxsində tam fərqli reaksiya ilə üzləşdi. Müxbirin yanlış və ya qərəzli düşüncə məhsulu olan suallarına İlham Əliyevin inanılmaz təmkin və faktlarla verdiyi məntiqli cavablar "master klas" nümunəsi sayıla bilər. Prezident Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə sözün həqiqi mənasında maarifçilik dərsi keçdi”. 

Prezidentin hərbi əməliyyatlar başlaayndan indiyədək verdiyi bütün müsahibələrində bizim və bütün dünyanın gözlədiyi, həqiqətlər var, ümid var, qələbə əzmi var. “Fox News”a verilən müsahibə də həmin qəbildəndir.

# 1201
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar