"Ermənistan baş naziri növbəti dəfə yalan danışır" - Hikmət Hacıyev
26 oktyabr 2020 09:12 (UTC +04:00)

"Ermənistan baş naziri növbəti dəfə yalan danışır" - Hikmət Hacıyev

"Ermənistan baş naziri növbəti dəfə yalan danışır. Saat 8:04-dən bəri Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri 08:05-dən etibarən bizim qüvvələrimizə toplardan və minaatanlardan atəşə tutur".

Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsindəki paylaşımında qeyd edib.

# 781
avatar

Oxşar yazılar