Bruney Şahzadəsi vəfat edib
24 oktyabr 2020 17:08 (UTC +04:00)

Bruney Şahzadəsi vəfat edib

Bruney Şahzadəsi Hacı Əbdül Əzim 38 yaşında vəfat edib. 

APA-nın “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə “Sinxua” agentliyi ölkə sultanının ofisinə istinadən xəbər verib.

Şahzadə Əzim Sultan Hassanal Bolkiahın ikinci oğludur. Onun ölüm səbəbi dəqiqləşdirilməyib.

Şahzadənin ölümü ilə əlaqədar ölkədə 7 günlük matəm elan olunub. 

# 736
avatar

Oxşar yazılar