Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.
Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.
Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.

Düşmənin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır - MN
Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45
Könül İbrahimlinin ölümü ilə bağlı İNTİHAR maddəsi üzrə iş açıldı
11 iyul 2025 , 17:41