23 ildir axtarılan terrorçu öldürüldü
22 oktyabr 2020 11:45 (UTC +04:00)

23 ildir axtarılan terrorçu öldürüldü

23 il PKK-nın dağ heyətində yer alan və göy kateqoriyada axtarışda olan terrorçu Hüseyn Acar öldürülüb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, oktyabrın 18-də “İldırım-5 Amanoslar Əməliyyatı” əsnasında Hatay vilayətində 4 terrorçu zərərsizləşdirilib. Onlardan birinin başına 3 milyon lirə (təxminən 652 min 500 manat) pul qoyulan və göy kateqoriyada 23 ildir axtarılan kod adı Dilşer olan Hüseyn Acar olduğu müəyyən edilib.

Xatırladaq ki, onun 1997-ci ildə Hatay vilayətində 1 polis, 3 dinc sakinin ölümü və 2 polisin yaralanması, 1999-cu ildə həmin vilayətdə əhaliyə məxsus obyektlərə zərər yetirilməsi, 2017-ci ildə yenə eyni ərazidə daha bir polisin öldürülməsində və digər çoxsaylı terror planlarını təşkil etdiyi bildirilir.

# 634
avatar

Mehman Nəbiyev

Oxşar yazılar