60
16:31
21 Oktyabr 2020

Ana türmədəki oğluna narkotik ötürmək istədi

Bakı İstintaq təcridxanasına və 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az -a verilən məlumata əsasən, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Nuriyev Ramin Gülbala oğluna anası Bakı şəhər sakini Nuriyeva Tamila Hafiz qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan cins şalvarın xüsusi üsulla astarına tikilərək gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,226 qram narkotik maddə “heroin” aşkar edilib.

Həmçinin Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə əsasən təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Zərbəliyev Rəşad Əliabbas oğlu ilə qısamüddətli görüşə gəlmiş qohumu Bakı şəhər sakini Quliyev Əli Məhərrəm oğlunun üzərinə xüsusi ayrılmış otaqda baxış keçirilib. Bu zaman alt paltarında gizlədilmiş rezin əlcəyin içərisində ümumi çəkisi 3,794 qram narkotik maddə “marixuana” və ümumi çəkisi 3,738 qram psixotrop maddə “metamfetamin” aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər