10
09:46
21 Oktyabr 2020

Dünyada koronavirusa yoluxanların sayı 41 milyonu ötüb

Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 41 milyonu keçib.

Lent.az "Worldometer"-ə istinadən xəbər verir ki, hazırki saata qədər 41 043 648 nəfərdə koronavirus aşkarlanıb.

Onlardan 1 129 600 xəstə ölüb, 30 629 580 nəfər isə sağalıb.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb. Ümumilikdə isə ölkədə koronavirusa yoluxan 45 879 nəfərin 635-i ölüb, 40 272-si sağalıb.

Dİgər xəbərlər