190
12:48
20 Oktyabr 2020

“Çiçek Taksi”nin Abuzeri Səlim Ərdoğan həbsxanadan çıxdı - FOTO

"Gənclərimiz narkotikdən uzaq dursun, narkotik istifadəçiləri ilə görüşməsinlər ... Mən bir səhv etdim və çox peşmanam".

Bu sözləri 2017-ci ildən bəri narkotik maddələrdən istifadəyə görə həbsxanada olan aktyor Səlim Ərdoğan həbsxanadan çıxarkən görüntülənən zaman jurnalistlərə deyib.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, “Çiçek Taksi” serialında Abuzer Edalı obrazı ilə ulduzu parlayan məşhur aktyor 3 ildən çoxdur ki, həbsxanada idi. Səlim Ərdoğan, çölə çıxdıqdan sonra ilk dəfə yaşadıqlarını danışıb:

"Çox çətin günlər yaşadım. İçəri girəndə qızım bir aylıq idi. Onun körpəliyini görə bilmədim. Ən çox buna üzülürəm. 2017-ci ildə həbsxanaya getməmişdən əvvəl hər şeyim var idi. Yıldız Kenter və Haldun Dormen kimi ustalardan dərs aldım. O qədər yaxşı dərs aldım ki, bunu aktyorluqda əks etdirməyə çalışdım. Karyeramda çox yaxşı məqamda idim. İndi o zamanların qiymətini daha yaxşı başa düşürəm. Hər şeyim var idi; pulum, karyeram, dostlarım, amma onların dəyərini bilmədim. Sanki gözlərimi bir pərdə örtdü , varlı olmağım kor etdi məni və Allah mənə dərs vermək istədi. Hər şey əlimdən itdi, getdi. Erdal Tosunun qəfil ölümü də mənə psixoloji cəhətdən təsir etdi. Onunla çox yaxın idik. Hətta son dəfə evimə, məni ziyarətə gələndə mənə "Çox gözəl bir yerdə yaşayırsan, qiymətini bil" demişdi. Bilmədim. Heç vaxt yaşadıqlarıma üsyan etmədim. Deyirlər ki, "Hər şərdə bir xeyir var". Düşünürəm ki, mən də bu yaşadıqlarımdan dərs çıxarmalıyam və bunu gənclərə danışmalıyam.

Dİgər xəbərlər