Evə basqın edib ər-arvadı bıçaqladılar
20 oktyabr 2020 12:26 (UTC +04:00)

Evə basqın edib ər-arvadı bıçaqladılar

Göygöldə evə basqın edən şəxs tutulub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 26-da saat 5 radələrində rayonun Qızılqaya qəsəbəsində yaşayan F.Əliyevin evinə girib ona və həyat yoldaşına bıçaqla xəsarət yetirilərək, oradan 600 manat pul və mobil telefonu quldurluq yolu ilə aparılıb.

Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 490
avatar

Mehman Nəbiyev

Oxşar yazılar